1 oktyabr 2026. Cümə axşamı

“Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəldi


  • Offside
  • 22:02 30.09.2026
  • Oxunma sayı: 34
“Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəldi

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, təsnifat mərhələsinin cavab qarşılaşmasında Estoniyanın “Parnu” kollektivi ilə üz-üzə gələn “ağ-qaralar” 61:73 hesabı ilə məğlub olublar.

Lakin Bakıda keçirilən ilk oyunda 80:67 hesablı qələbə qazanan paytaxt təmsilçisi iki görüşün ümumi nəticəsinə əsasən FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Neftçi” əsas mərhələnin H qrupunda Rumıniyanın “Oradya”, İsveçrənin “Friburq Olimpik”, Latviyanın VEF, Yunanıstanın “Mikonos” və Bolqarıstanın “Lokomotiv” (Plovdiv) komandaları ilə qarşılaşacaq.







Offside