1 oktyabr 2026. Cümə axşamı

Bakıda “İpək Yolu” Dünya Kubokuna start verilib


  • Offside
  • 10:31 01.10.2026
  • Oxunma sayı: 9
Bakıda “İpək Yolu” Dünya Kubokuna start verilib

Bakıda üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokuna start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Bakı Su İdmanı Sarayında təşkil olunan turnirdə əvvəlcə təsnifat seansı keçirilib. Bu gün yarışın açılış mərasimi və final seansının da baş tutması nəzərdə tutulur.

Dünya Kubokunda 44 ölkədən 200-dən çox idmançı mübarizə aparır.

Azərbaycanı yarışda Fərhad Şirməmmədli, Ramal Sadiqli, Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov, Səid Həmidov, Süleyman İsmayılzadə, Yeqor Maynitski, Oqtay Hüseynov, Amin Oruclu, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Fatimə Alkərəmova, Məryəm Cavadova, Anastasiya Boborıkina və Vlastilina Xasyanova təmsil edir.

Qeyd edək ki, Bakıda keçirilən Dünya Kubokuna oktyabrın 3-də yekun vurulacaq.







Offside