- Offside
- 22:23 01.10.2026
AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb.
90deqiqe.Az-ın məlumatına görə, o, DÇ-2028-in əsas mərhələsində keçiriləcək Moldova – Fransa qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Görüş oktyabrın 20-də Moldovada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.