- Offside
- 22:23 01.10.2026
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, Füzulidəki Köndələnçay su anbarında start götürən və Mingəçevirdə başa çatan turnirdə Azərbaycan təmsilçiləri ümumilikdə 22 medal qazanıblar.
Medallardan 7-si qızıl, 5-i gümüş, 10-u isə bürünc olub.
Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparıb.