1 oktyabr 2026. Cümə axşamı

“Mingəçevir Reqatası-2026”nın qalibləri mükafatlandırılıb


  • Offside
  • 13:59 01.10.2026
  • Oxunma sayı: 37
“Mingəçevir Reqatası-2026”nın qalibləri mükafatlandırılıb

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb.

90deqiqe.Az-ın məlumatına görə, mükafatlar qaliblərə yarışa dəvət olunmuş rəsmi şəxslər tərəfindən təqdim edilib.

Füzulidəki Köndələnçay su anbarında start götürən və Mingəçevirdə başa çatan turnirdə Azərbaycan təmsilçiləri 22 medal qazanıblar. Medallardan 7-si qızıl, 5-i gümüş, 10-u isə bürünc olub.

Kayak və kanoe üzrə ümumi komanda hesabında Özbəkistan birinci, Azərbaycan ikinci, Ukrayna isə üçüncü yeri tutub.

Akademik avarçəkmə üzrə komanda hesabında isə Özbəkistan, Azərbaycan və Gürcüstan ilk üçlükdə qərarlaşıblar.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2026”da Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparıb.







Offside