- Offside
- 22:23 01.10.2026
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar start götürüb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Beynəlxalq Stolüstü Tennis Federasiyasının təşkil etdiyi seminarlar tanınmış məşqçi Yevgeni Timçenkoya həvalə olunub.
Qazaxıstanlı mütəxəssis oktyabrın 7-dək məşqçilər üçün “LEVEL 1” hazırlıq proqramı çərçivəsində nəzəri və praktiki dərslər keçirəcək.
Oktyabrın 8-dən 10-dək isə uşaqlar üçün məşqlər təşkil olunacaq.
Qeyd edək ki, seminar “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilir.