- Offside
- 22:23 01.10.2026
Azərbaycan Basketbol Liqasının (ABL) I və II turlarında keçirilməsi planlaşdırılan iki qarşılaşma təxirə salınıb.
Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, I turun oktyabrın 4-də keçirilməsi nəzərdə tutulan “Naxçıvan” – “Neftçi” oyunu baş tutmayacaq.
Qarşılaşmanın təxirə salınmasına “Neftçi”nin oktyabrın 6-da FIBA Avropa Kubokunun qrup mərhələsində Yunanıstanda “Mikonos”la keçirəcəyi matç səbəb olub.
Bundan əlavə, II turda keçirilməsi planlaşdırılan “Gəncə” – “Sabah” görüşü də təxirə salınıb.
Qarşılaşmaların yeni keçirilmə tarixləri barədə əlavə məlumat veriləcək.