1 oktyabr 2026. Cümə axşamı

Azərbaycanın U-20 qadın voleybol millisi Qubada hazırlıq keçir


  • Offside
  • 15:11 01.10.2026
  • Oxunma sayı: 42
Azərbaycanın U-20 qadın voleybol millisi Qubada hazırlıq keçir

20 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I təsnifat mərhələsinə – EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatına hazırlığı Qubada davam etdirir.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, komanda hazırlıq proqramına uyğun olaraq UNEC klubunun idman zalında təlim-məşq toplanışındadır.

Türkiyəli mütəxəssis Gökhan Edmanın rəhbərliyi ilə keçirilən hazırlıq prosesində U-20 və U-16 qızlardan ibarət milli komandaların üzvləri iştirak edirlər. Toplanışa ümumilikdə 33 voleybolçu cəlb olunub.

10 günlük Quba toplanışından sonra komandaların oktyabrın 3-də Bakıya qayıtması planlaşdırılır. Daha sonra U-20 millisi hazırlığını ölkə xaricində davam etdirəcək. Növbəti mərhələdə bir neçə yoxlama oyununun keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, U-20 qızlardan ibarət komandalar arasında EEVZA çempionatı oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.

Azərbaycan yığması A qrupunda Polşa və Latviya ilə qarşılaşacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna mübarizə aparacaq.







Offside