1 oktyabr 2026. Cümə axşamı

Azərbaycanın 5 şahmatçısı FIDE reytinqinin ilk 100-lüyündə


  • Offside
  • 15:42 01.10.2026
  • Oxunma sayı: 42
Azərbaycanın 5 şahmatçısı FIDE reytinqinin ilk 100-lüyündə

Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq cədvəlini yeniləyib.

90deqiqe.Az-ın FIDE-nin rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov 2710 xalla 29-cu pillədə qərarlaşıb. Teymur Rəcəbov 2689 xalla 38-ci, Aydın Süleymanlı 2679 xalla 41-ci, Məhəmməd Muradlı 2662 xalla 53-cü, Rauf Məmmədov isə 2632 xalla 89-cu yerdədir.

Reytinqə norveçli Maqnus Karlsen 2823 xalla başçılıq edir.

Qadın şahmatçılar arasında Ülviyyə Fətəliyeva 2395 xalla 55-ci, Gövhər Beydullayeva 2392 xalla 57-ci, Xanım Balacayeva 2357 xalla 83-cü, Günay Məmmədzadə isə 2348 xalla 93-cü pillədə qərarlaşıb.

Qadınların reytinq siyahısına çinli Yifan Hou 2596 xalla liderlik edir.







Offside