1 oktyabr 2026. Cümə axşamı

“Xilasedici” voleybol komandası Türkiyədə ikinci olub


  • Offside
  • 22:23 01.10.2026
  • Oxunma sayı: 23
“Xilasedici” voleybol komandası Türkiyədə ikinci olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) kişilərdən ibarət “Xilasedici” voleybol komandası Türkiyənin İzmir şəhərində keçirilən “TÜGİAD Ege Uluslarası” beynəlxalq turnirində ikinci yeri tutub.

FHN-dən  90deqiqe.Az-a bildirilib ki, “Xilasedici” komandası turnirdə yüksək əzmkarlıq nümayiş etdirərək yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, “Xilasedici” Azərbaycan çempionu və Yüksək Liqanın qalibidir.







Offside