- Offside
- 23:31 01.10.2026
Yunanıstanın “Volos” klubu danışılmış oyuna görə cəzalandırılıb və turnir cədvəlindəki 3 xalı silinib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “sport24.gr” məlumat yayıb.
İş iki il əvvəl “Volos” və “Panserraikos” arasında keçirilmiş oyunla bağlıdır. Məsələ komandanın sabiq müdafiəçisi Daniel Sundqrenin ictimai açıqlamalarından sonra gündəmə gəlib.
İsveçli futbolçu bəzi oyunlardan əvvəl paltardəyişmə otağında baş verənlər barədə danışıb və futbolçulara müəyyən idman nəticələrinə nail olmaq məqsədilə göstərişlər verildiyini iddia edib.
Klubun prezidenti Axilleas Beos qərara sərt reaksiya verərək bunu “açıq-aşkar ədalətsiz” adlandırıb və qərarın heç bir sübuta əsaslanmadığını bildirib. O, həmçinin məhkəmələrin gələcəkdə “Volos”u bəraət qazandıracağına əminliyini ifadə edib.
“Panserraikos” da cəzalandırılıb. Klubun hesabından 4 xal silinib.