- Offside
- 21:47 02.10.2026
Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada keçiriləcək “Albania Open” beynəlxalq turnirində mübarizə aparacaq.
Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ölkəmizi yarışda 4 idmançı təmsil edəcək.
Bunlar Zəhra İsayeva (44 kq), Gülnar Rəsulzadə (52 kq), Novruz Əliyev (55 kq) və Adil Kazımlıdır (73 kq).
Qeyd edək ki, Azərbaycan komandası turnirdə mübarizəyə oktyabrın 3-də başlayacaq.