2 oktyabr 2026. Cümə

Cüdo üzrə dünya çempionatı öncəsi nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər abidəsini ziyarət edib


  • Offside
  • 17:28 02.10.2026
  • Oxunma sayı: 42
Cüdo üzrə dünya çempionatı öncəsi nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər abidəsini ziyarət edib

Oktyabrın 2-də Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot və qurumların digər rəsmiləri Fəxri xiyabanı və Zəfər abidəsini ziyarət ediblər.

ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, onun xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyub.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.

Nümayəndə heyəti daha sonra Zəfər parkına gedərək Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib. Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Qeyd edək ki, ziyarət Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ərəfəsində təşkil olunub. Dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.







Offside