2 oktyabr 2026. Cümə

Azərbaycan U-19 futzal millisinin AÇ-2027-də rəqibləri müəyyənləşib


  • Offside
  • 19:58 02.10.2026
  • Oxunma sayı: 31
Azərbaycan U-19 futzal millisinin AÇ-2027-də rəqibləri müəyyənləşib

19 yaşadək futzalçılar arasında keçiriləcək Avropa çempionatı-2027-nin əsas mərhələsinin püşkatması baş tutub.

Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, milli komandamız 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.

Qrup oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək.

Qeyd edək ki, yalnız qrup qalibi Qazaxıstanda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.







Offside