- Offside
- 21:47 02.10.2026
Azərbaycan Basketbol Liqasında (ABL) I turun daha bir oyunu keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Bakı İdman Sarayında NTD ilə qarşılaşan “Sumqayıt” 111:94 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, mövsümün ilk oyununda son çempion “Sabah” “LANDAU Lions”u 84:74 hesabı ilə məğlub edib.
Turun digər qarşılaşmaları oktyabrın 3-ü və 4-də keçiriləcək. “Naxçıvan” – “Neftçi” görüşü isə Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakı ilə əlaqədar təxirə salınıb.