- Offside
- 21:47 02.10.2026
Monteneqronun Budva şəhərində keçiriləcək boks üzrə U-17 Avropa çempionatının püşkü atılıb.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, püşkatmadan sonra Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri də müəyyənləşib.
Yığmanın 4 üzvü çempionatın ilk yarış günündə – oktyabrın 3-də rinqə çıxacaq.
3 oktyabr – 1/16 final
Əli Abaslı (60 kq) – Abdurahim Sou (Belçika)
Yusif Həsənli (66 kq) – Adrian Silva (Portuqaliya)
Hidayət Məmmədov (70 kq) – Demid Kloçko (Ukrayna)
Yusif Ağakişiyev (75 kq) – Eduard Tancerika (Rumıniya)
4 oktyabr
1/16 final:
Şükar Əliyev (80 kq) – İqor Tomiçek (Polşa)
1/8 final:
Aydan İsmayıllı (48 kq) – Meysi Daffi O Konnor (İrlandiya)
Alsu Yafarova (54 kq) – Hanna Belyankova (Belarus)
Cəmilə Muradlı (57 kq) – Sara Persa (Rumıniya)
Fidan Bakarova (63 kq) – Dimitra Karpocilou (Yunanıstan)
5 oktyabr
1/16 final:
Nihad Məmmədli (48 kq) – Lasaro Ernandes (İspaniya)
İsmayıl Nəsirzadə (52 kq) – İlir Selmani (Şimali Makedoniya)
Məhəmmədəli Rüstəmov (63 kq) – Kusai Kakah (Almaniya)
1/8 final:
Aysel Fərəcova (46 kq) – Saliha Pehlivan (Türkiyə)
Leyla Mahmudlu (52 kq) – Adrianna Şafaj (Polşa)
Səma Abbasova (66 kq) – Robin O Reyli (İrlandiya)
Mehran Rəsulov (+80 kq) – Aliaksandr Builov (Belarus)/Levente Lorant (Macarıstan)
6 oktyabr – 1/8 final
Həsrət Məmmədov (46 kq) – Denis Melniç (Moldova)/Camal Dustiyev (Rusiya)
Vaqif Məhəmmədli (50 kq) – Aleksandru Butan (Rumıniya)/Arturs Karpoviçs (Latviya)
Qardaş Rəhimov (54 kq) – Gagik Qriqoryan (Ermənistan)/Şon Kelli (İrlandiya)
7 oktyabr
1/8 final:
Məhəmmədəli İstamov (57 kq) – Martin Donovan (İrlandiya)/Stoyan Hristoskov (Bolqarıstan)
1/4 final:
Xumar Cəfərli (+80 kq) – Aleksandra Liteanu (Rumıniya)
Qeyd edək ki, Budvada keçiriləcək U-17 Avropa çempionatında 40 ölkədən 473 boksçunun – 314 oğlan və 159 qızın iştirakı gözlənilir. Yarışın qalibləri oktyabrın 11-də müəyyənləşəcək.