4 oktyabr 2026. Bazar günü

Bakıda keçirilən Dünya Kubokunun ikinci günü rekordlarla yadda qaldı


  • Offside
  • 21:47 02.10.2026
  • Oxunma sayı: 54
Bakıda keçirilən Dünya Kubokunun ikinci günü rekordlarla yadda qaldı

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci gününün final seansı başa çatıb.

ASF-dən 90deqiqe.Az-a verilən məlumatına görə, gün ərzində 10 kateqoriya üzrə final yarışları keçirilib.

Günün əsas hadisəsinə Rusiya təmsilçisi Yeqor Kornev imza atıb. O, 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 44,84 saniyə nəticə göstərərək dünya rekordçusu Kayl Çalmersin göstəricisini təkrarlayıb.

Kornev 50 metr məsafəyə arxasıüstə üsulla üzmə yarışında da fərqlənib. O, 22,23 saniyə nəticə ilə Dünya Kubokunun rekordunu yeniləyib.

Azərbaycan təmsilçilərindən Fatimə Alkərəmova 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında final mərhələsində çıxış edib və 7-ci yeri tutub.

İkinci günün final nəticələri:

Kişilər

50 metr arxasıüstə: Yeqor Kornev, Pavel Samusenko, Piter Kutsi.

200 metr qarışıq: Luk Barr, Alberto Rassetti, Finley Noks.

50 metr brass: Hayyanq Çin, Maykl Huli, Kirill Priqoda.

100 metr sərbəst: Yeqor Kornev, Kemeron Makevoy, Vasili Kukuşkin.

200 metr kəpənək: Cuner Çen, So Oqata, Alberto Rassetti.

Qadınlar

400 metr qarışıq: Yitinq Yu, Ebi Vud, Mohan Çanq.

200 metr sərbəst: Şivon Hohey, Anna Peplovski, Yaqi Fan.

100 metr arxasıüstə: Marit Stenberxen, Teylor Rak, Anna Peplovski.

50 metr kəpənək: Ros Vanotterdayk, Sara Yunevik, Arina Surkova.

100 metr brass: Mona Makşeri, Yevgeniya Çikunova, Eymi Kenni.

Qeyd edək ki, Bakı Su İdmanı Sarayında keçirilən Dünya Kubokunda 44 ölkədən 216 idmançı iştirak edir. Yarış oktyabrın 3-də başa çatacaq.







Offside