3 oktyabr 2026. Şənbə

Azərbaycan gimnastları İtaliyada 6 medal qazandılar


  • Offside
  • 11:36 03.10.2026
  • Oxunma sayı: 12
Azərbaycan gimnastları İtaliyada 6 medal qazandılar

İtaliyanın Riççone şəhərində keçirilən batut gimnastikası üzrə “5th Aere Trampoline Cup” beynəlxalq turnirində Azərbaycan idmançıları 5 qızıl və 1 gümüş medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, oktyabrın 3-4-də təşkil olunan yarışda gimnastlarımız fərdi və sinxron proqramlarda mükafatçılar arasında yer alıblar.

Sinxron proqramda 13-14 yaş kateqoriyasında Ömər Qasımlı və Muhamməd Həsənli 45,170 xalla qızıl medal qazanıblar. 15-16 yaş kateqoriyasında Ammar Baxşalıyev və Fərhad Mustafayev 45,390 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 17-21 yaş kateqoriyasında isə Hüseyn Abbasov və Maqsud Mahsudov 50,730 xalla qızıl medala layiq görülüblər.

Fərdi proqramda Hüseyn Abbasov 57,950, Ammar Baxşalıyev isə 53,300 xalla qızıl medal əldə edib. Muhamməd Həsənli 49,290 xalla gümüş medala sahib olub.







Offside