- Offside
- 22:41 03.10.2026
Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (IJF), Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan Cüdo Federasiyasının (ACF), eləcə də iştirakçı ölkələrin milli federasiyalarının nümayəndələri iştirak ediblər.
Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq.
IJF-in baş katibi Liza Allan beynəlxalq cüdo ailəsini Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib və yarışın təşkilinə görə Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib.
ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu isə dünya çempionatına yenidən ev sahibliyi etməyin və beynəlxalq cüdo ailəsini Bakıda qarşılamağın Azərbaycan üçün böyük şərəf olduğunu qeyd edib.
GİN-in İdman şöbəsinin müdiri Elnur Məmmədov Azərbaycanın ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi etdiyini vurğulayıb. O, cüdonun Azərbaycanda ən populyar idman növlərindən birinə çevrildiyini və yerli idmançıların beynəlxalq arenada mühüm uğurlar qazandığını bildirib.
Daha sonra IJF-in baş idman direktoru Vladimir Barta yarış proqramı və püşkatma proseduru, IJF-in hakimlər üzrə baş direktoru Xuan Karlos Barkos isə hakimlik qaydaları barədə məlumat verib.
Püşkatmanın nəticələrinə əsasən, Azərbaycanın fərdi yarışlarda iştirak edəcək 24 cüdoçusunun ilk rəqibləri də müəyyənləşib. Millimiz 13 çəki dərəcəsində 17 kişi və 7 qadın cüdoçu ilə təmsil olunacaq. Azərbaycan yığması oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da mübarizə aparacaq.
Azərbaycan cüdoçularının ilk rəqibləri
Qadınlar
48 kq
1/32 final
Şəfəq Həmidova – Nataşa Razafindrakalo (Madaqaskar)
1/16 final
Könül Əliyeva – Mari Di Varqas Ley (Çili)
52 kq
1/16 final
Gültac Məmmədəliyeva – Gefen Primo (İsrail)
57 kq
1/32 final
Xədicə Qədəşova – Janar Joldoşeva (Qırğızıstan)
63 kq
1/16 final
Hanna Zaytseva – Pey Çun Yuan (Tayvan) / Anna Kriza (Macarıstan) cütünün qalibi
70 kq
1/32 final
Südabə Ağayeva – Ai Tsunoda Roustant (İspaniya)
+78 kq
1/16 final
Madina Kaisinova – Asya Tavano (İtaliya)
Kişilər
60 kq
1/16 final
Balabəy Ağayev – Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi
Əhməd Yusifov – Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi
66 kq
1/32 final
Turan Bayramov – Radu İzvoreanu (Moldova)
Nizami İmranov – Vaja Marqvelaşvili (Gürcüstan)
1/16 final
Ruslan Paşayev – Serdar Rahimov (Türkmənistan) / Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibi
73 kq
1/32 final
Hidayət Heydərov – Akil Qyakova (Kosovo)
1/16 final
Rəşid Məmmədəliyev – Adil Osmanov (Moldova) / Castin Lemir (Kanada) cütünün qalibi
81 kq
1/32 final
Vüsal Qələndərzadə – Hristo Valkov (Bolqarıstan)
1/16 final
Zelim Tçkayev – Timoti Meuvsen (Cənubi Afrika Respublikası) / Viktor Sterpu (Moldova) cütünün qalibi
Ömər Rəcəbli – Sibqatullah Arab (IRT) / Mahamadu Dukara (Mali) cütünün qalibi
90 kq
1/32 final
Elcan Hacıyev – Aleksander Knauf (ABŞ)
Süleyman Şükürov – Kornelius Eylertsen (Norveç)
1/16 final
Murad Fətiyev – Yahor Varapayev (Belarus) / Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi
100 kq
1/32 final
Zelim Kotsoyev – Baymırat Majanov (Türkmənistan)
+100 kq
1/16 final
Uşanqi Kokauri – Emirxan Joldoşkazıyev (Qırğızıstan)
Kənan Nəsibov – Losseni Kone (Almaniya) / Vidak Malyeviç (Serbiya) cütünün qalibi
Camal Qamzatxanov – Fransisko Solis (Çili)
Qarışıq komanda yarışı
1/16 final
Azərbaycan – Avstriya
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.