3 oktyabr 2026. Şənbə

Azərbaycanın ilk buz üstündə rəqs cütlüyü Qran-pridə 4-cü oldu


  • Offside
  • 19:42 03.10.2026
  • Oxunma sayı: 33
Azərbaycanın ilk buz üstündə rəqs cütlüyü Qran-pridə 4-cü oldu

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında ilk dəfə təmsil edən buz üstündə rəqs cütlüyü Sofiya Beznosikova və Maks Leleu Sloveniyanın paytaxtı Lyublyanada keçirilən yeniyetmələr arasında Qran-pri yarışında uğurlu nəticə göstərib.

90deqiqe.Az-ın məlumatına görə, oktyabrın 1-dən 3-dək davam edən yarışda idmançılarımız ritm və sərbəst rəqslərin yekununda 149,01 xal toplayıblar.

Sofiya Beznosikova və Maks Leleu 18 cütlük arasında 4-cü yeri tutublar.







Offside