4 oktyabr 2026. Bazar günü

Bakıda Dünya Kubokunun qalibləri mükafatlandırıldı


  • Offside
  • 22:56 03.10.2026
  • Oxunma sayı: 42
Bakıda Dünya Kubokunun qalibləri mükafatlandırıldı

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Bakı Su İdmanı Sarayında keçirilən “İpək Yolu” Dünya Kubokunun Bakı mərhələsinə yekun vurulub.

-ın məlumatına görə, final seansında Azərbaycan təmsilçisi Anastasiya Qnusina fərqlənib. O, 200 metr məsafəyə arxası üstə üzmə yarışında 2:20,68 nəticə göstərərək Azərbaycan rekordunu yeniləyib.

Üçüncü günün final nəticələri:

Kişilər

400 metr qarışıq – 1. Karson Foster, 2. İlya Borodin, 3. Alberto Rossetti

50 metr kəpənək – 1. Yeqor Kornev, 2. Çek Vey Tyonq, 3. Cuner Çen

100 metr arxası üstə – 1. Piter Kutsi, 2. Pavel Samusenko, 3. Şeyn Kazas

200 metr brass – 1. Luk Barr, 2. Kasper Karbo, 3. Kirill Priqoda

200 metr sərbəst – 1. Şeyn Kazas, 2. Yubo He, 3. Lukas Anvo

Qadınlar

100 metr kəpənək – 1. Ros Vanotterdayk, 2. İçun Vanq, 3. Darya Klepikova

200 metr arxası üstə – 1. Anna Peplovski, 2. Teylor Rak, 3. Freya Kolbert

50 metr brass – 1. Florin Qaspar, 2. Ralina Gilyazova, 3. Mona Makşeri

100 metr sərbəst – 1. Marrit Stenberxen, 2. Katarjina Vaşik, 3. Teylor Rak

200 metr qarışıq – 1. Yitinq Yu, 2. Marrit Stenberxen, 3. Ebi Vud

“İpək Yolu” Dünya Kubokunun Bakı mərhələsində xal prinsipinə əsasən fərqlənən idmançılar da mükafatlandırılıb. Tədbirdə Dünya Su İdmanı Federasiyasının Üzgüçülük üzrə Texniki Komitəsinin sədri Kreyk Hanter, Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev və federasiyanın müşaviri Rəşad Əbdürəhmanov iştirak ediblər.

Kişilər arasında ən yüksək xal toplayan Yeqor Kornev qızıl, Luk Barr gümüş, Piter Kutsi isə bürünc medal qazanıb.

Qadınlar arasında Marrit Stenberxen qızıl, Ros Vanotterdayk gümüş, Anna Peplovski isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, “İpək Yolu” Dünya Kubokunun Bakı mərhələsindən sonra növbəti yarış oktyabrın 8-dən 10-dək Daşkənddə keçiriləcək.







Offside