4 oktyabr 2026. Bazar günü

Şəfəq Həmidova dünya çempionatında mübarizəni dayandırıb


  • Offside
  • 12:24 04.10.2026
  • Oxunma sayı: 34
Şəfəq Həmidova dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Şəfəq Həmidova (48 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

90deqiqe.Az-ın məlumatına görə, o, 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakaloya məğlub olub.

Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək dünya çempionatında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın iştirak edir. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.

Azərbaycan millisi oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da mübarizə aparacaq.







Offside