4 oktyabr 2026. Bazar günü

Balabəy Ağayev dünya çempionatında mübarizəni dayandırıb


  • Offside
  • 14:01 04.10.2026
  • Oxunma sayı: 36
Balabəy Ağayev dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

90deqiqe.Az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində ABŞ təmsilçisi Conatan Yanqa məğlub olub.

Balabəy Ağayev bundan əvvəl 1/16 finalda Ukrayna cüdoçusu Dilşot Xalmatovu məğlub edərək növbəti mərhələyə yüksəlmişdi.

Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək dünya çempionatında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edir. Millimiz oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da çıxış edəcək.







Offside