4 oktyabr 2026. Bazar günü

Tofiq Bəhramov stadionunun yubileyi veteranların qarşılaşması ilə qeyd olunub


  • Offside
  • 14:59 04.10.2026
  • Oxunma sayı: 34
Tofiq Bəhramov stadionunun yubileyi veteranların qarşılaşması ilə qeyd olunub

Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə “Neftçi” və Litvanın “Spartak” (Vilnüs) klublarının veteran futbolçuları arasında yoldaşlıq görüşü təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, stadionun özündə keçirilən qarşılaşma məhsuldar mübarizə ilə yadda qalıb. Matçın sonunda “Neftçi” veteranları rəqibini 10:9 hesabı ilə məğlub edib.

Maraqlıdır ki, adıçəkilən komandalar 1951-ci ildə stadionun açılış mərasimində də qarşılaşıblar. Budəfəki oyun həmin tarixi hadisənin 75-ci ildönümünə təsadüf edib.







Offside