- Offside
- 17:40 04.10.2026
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında çıxışını başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində rusiyalı Sabina Giliazovaya məğlub olub.
Könül Əliyeva turnirdə ilk görüşündə Çili təmsilçisi Mari Di Varqas Leyə qalib gələrək 1/8 finala yüksəlmişdi.
Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək dünya çempionatında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın iştirak edir. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edir. Millimiz oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da mübarizə aparacaq.