- Offside
- 17:40 04.10.2026
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü ardıcıl olaraq Monqolustan təmsilçisi Tumenjarqal Tuvşintur, Hindistan cüdoçusu Harş Sinh və rusiyalı Ayub Bliyevə qalib gələrək yarımfinala yüksəlib.
Əhməd Yusifov yarımfinal görüşündə Çin Taypeyi təmsilçisi Yanq Yunq Veyi də məğlub edərək finala adlayıb.
Azərbaycan cüdoçusu həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Şerzod Davlatovla üz-üzə gələcək.
Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək dünya çempionatında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edir. Millimiz oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da iştirak edəcək.