4 oktyabr 2026. Bazar günü

Astarada şəhid Arif Qeybiyevin xatirəsinə şose qaçışı üzrə ölkə birinciliyi keçirilib


  • Offside
  • 18:53 04.10.2026
  • Oxunma sayı: 42
Astarada şəhid Arif Qeybiyevin xatirəsinə şose qaçışı üzrə ölkə birinciliyi keçirilib

Astarada Vətən müharibəsi şəhidi Arif Qeybiyevin xatirəsinə həsr olunan şose qaçışı üzrə ölkə birinciliyi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycanın müxtəlif bölgələrindən 2009–2010 və 2011–2012-ci il təvəllüdlü atletlər dörd kateqoriya üzrə mübarizə aparıblar.

Oğlanların yarışında 500 metr məsafəyə qaçışda Astara təmsilçisi Rəvan Gülverdizadə, 1000 metr məsafədə isə Gəncə idmançısı Rinad İbrahimov bütün rəqiblərini qabaqlayaraq qalib olublar.

Qızların mübarizəsində 300 metr məsafəyə qaçışda Xızı təmsilçisi Aişə Vəlili, 500 metr məsafədə isə Astara idmançısı Gülnar Qeybiyeva birinci yeri tutublar.







Offside