- Offside
- 18:59 04.10.2026
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz final görüşündə Qazaxıstan təmsilçisi Şerzod Davlatova qalib gələrək dünya çempionu adını qazanıb.
Beləliklə, Əhməd Yusifov Azərbaycan yığmasına Bakıda keçirilən mundialda ilk medalı qazandırıb.