- Offside
- 21:22 04.10.2026
Albaniyanın paytaxtı Tiranada keçirilən “Albania Open” beynəlxalq taekvondo turnirində Azərbaycan təmsilçiləri 4 medal qazanıblar.
90deqiqe.Az-ın məlumatına görə, gənclər arasında çıxış edən Novruz Əliyev (55 kq) yarışın gümüş medalına sahib olub.
Böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvlərindən Minayə Əkbərova (46 kq), Fuad Məhərləmli (63 kq) və Cavad Ağayev (74 kq) isə turniri bürünc medalla başa vurublar.