6 oktyabr 2026. Çərşənbə axşamı

“UFC-nin dəyəri 50 milyard dollardır”


  • Offside
  • 23:43 05.10.2026
  • Oxunma sayı: 59
“UFC-nin dəyəri 50 milyard dollardır”

UFC prezidenti Dana Uayt təşkilatın təxmini dəyərinin 50 milyard dollar olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, o, bu barədə “The Diary Of A CEO”nun “YouTube” kanalına müsahibəsində danışıb.

“Mən bu biznesə başlayanda buna çox adam inanmırdı. Buna görə də UFC-ni 2 milyon dollara aldıq. Gəlin dürüst olaq – UFC 2 milyon dollara alınmışdı. Əgər “Los-Anceles Leykers” 12,5 milyard dollara satılıbsa, o zaman UFC-nin dəyəri 50 milyard dollardır”, - deyə Uayt bildirib.

Qeyd edək ki, Dana Uayt 2001-ci ilin yanvarından UFC-nin prezidentidir. Həmin vaxt Frank və Lorenso Fertitta qardaşlarının Dana Uaytla birlikdə yaratdığı “Zuffa” şirkəti zərər edən UFC-ni “Semaphore Entertainment Group”dan satın alıb.







Offside