6 oktyabr 2026. Çərşənbə axşamı

Azərbaycanın üç boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb


  • Offside
  • 12:13 05.10.2026
  • Oxunma sayı: 58
Azərbaycanın üç boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin üç üzvü növbəti mərhələyə yüksəlib.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Alsu Yafarova (54 kq) 1/8 finalda Belarus təmsilçisi Anna Belyankova ilə qarşılaşıb. Milli üzvü ilk raundda rəqibi üzərində tam üstünlük qazanaraq mübarizəni vaxtından əvvəl başa vurub. Yafarovanın növbəti görüşü oktyabrın 7-də Ukrayna təmsilçisi Oleksandra Çerevata qarşı olacaq.

Cəmilə Muradlı (57 kq) da 1/4 finala yüksəlib. O, ilk qarşılaşmasında Rumıniyadan Sara Persanı 5:0 hesabı ilə məğlub edib. Muradlı oktyabrın 8-də çexiyalı Rozali Uhrova ilə üz-üzə gələcək.

Şükar Əliyev (80 kq) isə 1/16 finalda Polşa boksçusu İqor Tomiçəki 4:1 hesabı ilə məğlub edib. O, oktyabrın 5-də 1/8 finalda Gürcüstan təmsilçisi Lazare Dokvadze ilə qarşılaşacaq.

Qeyd edək ki, 40 ölkədən 473 boksçunun iştirak etdiyi U-17 Avropa çempionatı oktyabrın 11-də başa çatacaq.







Offside