6 oktyabr 2026. Çərşənbə axşamı

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda 3 medal qazanıblar


  • Offside
  • 14:55 05.10.2026
  • Oxunma sayı: 47
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda 3 medal qazanıblar

Azərbaycan karateçiləri oktyabrın 3-4-də Latviya və Rusiyada keçirilən fullkontakt şinkyokuşin yarışlarında 1 gümüş və 2 bürünc medal qazanıblar.

Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, fullkontakt şinkyokuşin karate üzrə Avropa çempionatında Zamin Fərəcov (75 kq) U-21 yaş kateqoriyasında ikinci yeri tutaraq gümüş medala sahib olub.

Digər milli üzvü Məhərrəm Əhmədov (65 kq) isə yarışda üçüncü yeri tutub və bürünc medal qazanıb.

Həmin tarixlərdə Rusiyanın Novosibirsk şəhərində keçirilən “34-cü Andrey Yakutov Memorialı”nda Azərbaycanı təmsil edən Emin İsmayıllı da fəxri kürsüyə yüksəlib. O, 75 kq çəki dərəcəsində bürünc medala sahib olub.

Beləliklə, Azərbaycan karateçiləri iki fərqli beynəlxalq yarışdan 3 medalla ayrılıblar.







Offside