- Offside
- 23:43 05.10.2026
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenko ilə görüş keçirib.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumatına görə, oktyabrın 5-də baş tutan görüşdə Azərbaycan və Belarus arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.
Tərəflər iki ölkənin idmançıları və mütəxəssisləri arasında təcrübə mübadiləsinin, eləcə də birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.