6 oktyabr 2026. Çərşənbə axşamı

Bakı-Xankəndi veloyarışı 2027-ci ildə bu tarixlərdə keçiriləcək


  • Offside
  • 11:29 06.10.2026
  • Oxunma sayı: 48
Bakı-Xankəndi veloyarışı 2027-ci ildə bu tarixlərdə keçiriləcək

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə keçiriləcəyi tarixlər müəyyənləşib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışlar təqvimində yer alan turnir mayın 9-dan 13-dək keçiriləcək.

Yarışın “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq dövrünə təsadüf etməsi onun idman əhəmiyyətini daha da artırır. Olimpiya təsnifatında reytinq xallarının mühüm rol oynaması səbəbindən Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında güclü komandaların və tanınmış idmançıların iştirakı gözlənilir.

Komandalar mərhələlərdə və ümumi təsnifatda yüksək nəticə əldə etməklə yanaşı, Olimpiadaya vəsiqə uğrunda mübarizədə reytinq xallarını artırmağa çalışacaqlar.

Qeyd edək ki, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı Azərbaycanın idman və turizm potensialının beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm layihələrdən biridir. Turnir, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq və bərpa proseslərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir.







Offside