6 oktyabr 2026. Çərşənbə axşamı

Azərbaycanın U-20 qadın voleybol millisi Türkiyədə toplanış keçirəcək


  • Offside
  • 10:59 06.10.2026
  • Oxunma sayı: 42
Azərbaycanın U-20 qadın voleybol millisi Türkiyədə toplanış keçirəcək

20 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışı keçirəcək.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Avropa çempionatının I təsnifat mərhələsində – EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatında iştirak edəcək yığma hazırlıq məqsədilə bu gün İzmirə yola düşüb.

Oktyabrın 11-dək davam edəcək toplanış çərçivəsində millinin yerli klublarla bir neçə yoxlama oyunu keçirməsi də nəzərdə tutulub.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Gökhan Edman hazırlıq prosesinə 14 voleybolçu cəlb edib.







Offside