6 oktyabr 2026. Çərşənbə axşamı

Xədicə Qədəşova dünya çempionatında mübarizəni dayandırıb


  • Offside
  • 13:37 06.10.2026
  • Oxunma sayı: 35
Xədicə Qədəşova dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Xədicə Qədəşova (57 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

90deqiqe.Az-ın məlumatına görə, 20 yaşlı idmançı 1/32 final mərhələsində Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə qarşılaşıb. Görüşdə məğlub olan Qədəşova turnirlə vidalaşıb.

Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) isə mübarizəni davam etdirirlər.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Turnirin ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.







Offside