6 oktyabr 2026. Çərşənbə axşamı

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb


  • Offside
  • 13:54 06.10.2026
  • Oxunma sayı: 38
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında mübarizəni başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/32 final mərhələsində Kosovo təmsilçisi Akil Qyakova qalib gəlib. H.Heydərov növbəti mərhələdə Finlandiya idmançısı Valtteri Olinlə qarşılaşıb və rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.

Bu mərhələdə onun rəqibi italiyalı Covanni Espozito olub. Gərgin keçən qarşılaşmada H.Heydərov cərimə xalları hesabına məğlub olaraq dünya çempionatında çıxışını başa vurub.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-dək davam edəcək.

Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında əldə olunan dördüncü qızıl medal olub. Eyni zamanda Ə.Yusifov 60 kq çəki dərəcəsində dünya çempionu olan ilk azərbaycanlı cüdoçu kimi tarixə düşüb.







Offside