6 oktyabr 2026. Çərşənbə axşamı

Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb


  • Offside
  • 18:46 06.10.2026
  • Oxunma sayı: 45
Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə,  73 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü yarışa 1/16 final mərhələsindən başlayıb. O, bu mərhələdə Kanadanı təmsil edən Castin Lemiriyə qalib gəlib.

R.Məmmədəliyev 1/8 finalda Böyük Britaniya təmsilçisi Etan Nairini də məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə fransalı Dayyan Bulemtapesə uduzan cüdoçumuz mübarizəni təsəlliverici görüşdə davam etdirib.

Azərbaycan təmsilçisi burada italiyalı Leonardo Valerianini üstələyərək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Üçüncü yer uğrunda qarşılaşmada braziliyalı Daniel Karninlə üz-üzə gələn R.Məmmədəliyev rəqibini məğlub edərək dünya çempionatının bürünc medalına sahib olub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.

Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal olub. Ə.Yusifov həmçinin 60 kq çəki dərəcəsində dünya çempionu olan ilk azərbaycanlı cüdoçu kimi tarixə düşüb.







Offside