7 oktyabr 2026. Çərşənbə

Azərbaycanın 5 boksçusu U-17 Avropa çempionatında 1/4 finala yüksəlib


  • Offside
  • 10:54 07.10.2026
  • Oxunma sayı: 46
Azərbaycanın 5 boksçusu U-17 Avropa çempionatında 1/4 finala yüksəlib

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 üzvü 1/4 final mərhələsinə yüksəlib.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Həsrət Məmmədov (46 kq) 1/8 finalda Rusiya təmsilçisi Camal Dustiyevi 5:0 hesabı ilə məğlub edib. O, növbəti mərhələdə Slovakiya boksçusu Kristian Mezeslə qarşılaşacaq.

Qardaş Rəhimov (54 kq) da adını 1/4 finala yazdırıb. Milli üzvü İrlandiyadan Şon Kelli üzərində 3:2 hesablı qələbə qazanıb. Rəhimovun növbəti rəqibi Belarus təmsilçisi Mikita Beskaravaynı olacaq.

Əli Abaslı (60 kq) isə Türkiyə təmsilçisi Zeki Uğuru 5:0 hesabı ilə məğlub edərək mərhələ adlayıb. O, 1/4 finalda Moldovadan Aleksandru-Ahile Buhanuyukla üz-üzə gələcək.

Yusif Həsənli (66 kq) Xorvatiya təmsilçisi Lukas Fulanoviç üzərində 5:0 hesablı qələbə qazanıb. Azərbaycanlı boksçunun növbəti rəqibi italiyalı Raul Barone olacaq.

Hidayət Məmmədov (70 kq) isə İsveçrə təmsilçisi Joel Şutsa 5:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Onun rəqibi Rusiya boksçusu Sandro Tsimtsba olacaq.

Qeyd edək ki, bu 5 boksçu oktyabrın 8-də 1/4 final görüşlərinə çıxacaqlar. Daha əvvəl Azərbaycan millisinin 6 üzvü də bu mərhələyə yüksəlib, daha 3 boksçumuz isə 1/8 finalda mübarizə aparacaq.







Offside