7 oktyabr 2026. Çərşənbə

“Qəbələ”nin U-17 və U-19 komandalarına antidopinq seminarı keçirilib


  • Offside
  • 11:59 07.10.2026
  • Oxunma sayı: 46
“Qəbələ”nin U-17 və U-19 komandalarına antidopinq seminarı keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən “Qəbələ”nin U-17 və U-19 komandaları üçün maarifləndirici seminar təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilən tədbir AMADA-nın Təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Saxarovun rəhbərliyi ilə baş tutub.

Seminarda gənc futbolçulara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlarda nəzərdə tutulan yeniliklər də iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə dopinq istifadəsinin insan sağlamlığı üçün yaratdığı risklər, idmançı karyerasına mümkün mənfi təsirləri, antidopinq qayda pozuntularının nəticələri və təmiz idmanın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.







Offside