- Offside
- 22:00 07.10.2026
Paraoxatma üzrə Azərbaycan milli komandası Rusiya yığması ilə birgə təlim-məşq toplanışında iştirak edir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində keçirilən hazırlıq prosesində Azərbaycan millisinin heyətində Nurlan Babacanov, Şahin Cabbarov və Əli Nəbiyev yer alıblar.
Komandaya baş məşqçi İlqar Abbasov rəhbərlik edir.
Toplanış çərçivəsində hər iki komanda birgə məşqlər keçirir və təcrübə mübadiləsi aparır.