- Offside
- 21:23 07.10.2026
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinal görüşündə Qazaxıstan təmsilçisi Abulaxan Jubanazara ipponla qalib gələrək həlledici qarşılaşmaya yüksəlib.
Zelim Tçkayev finalda Gürcüstan cüdoçusu Tato Qriqalaşvili ilə üz-üzə gələcək.
Bu gün eyni çəki dərəcəsində çıxış edən Ömər Rəcəbli də bürünc medal uğrunda tatamiyə çıxacaq.
Qeyd edək ki, Vüsal Qələndərzadə (81 kq) 1/8 finalda, Hanna Zaytseva (63 kq) isə 1/16 finalda mübarizəni dayandırıb.
Hazırda Azərbaycan millisinin aktivində 2 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
Mundiala oktyabrın 11-də yekun vurulacaq.