7 oktyabr 2026. Çərşənbə

Vüsal Qələndərzadə dünya çempionatında mübarizəni dayandırıb


  • Offside
  • 14:29 07.10.2026
  • Oxunma sayı: 39
Vüsal Qələndərzadə dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsində məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü bu mərhələdə Qazaxıstan təmsilçisi Abilayxan Zubanazarla qarşılaşıb. Görüşdə cərimə xalları hesabına uduzan Qələndərzadə mundialdakı çıxışını başa vurub.

Vüsal Qələndərzadə yarışa 1/32 finaldan başlayıb və bu mərhələdə Bolqarıstan təmsilçisi Hristo Valkova qalib gəlib. Ardınca 1/16 finalda estoniyalı Saad Dikayevi ipponla məğlub edərək 1/8 finala yüksəlib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Azərbaycan millisinin turnirdəki aktivində Əhməd Yusifovun (60 kq) qızıl və Rəşid Məmmədəliyevin (73 kq) bürünc medalı var.







Offside