7 oktyabr 2026. Çərşənbə

Ömər Rəcəbli dünya çempionatında bürünc medal qazanıb


  • Offside
  • 18:44 07.10.2026
  • Oxunma sayı: 40
Ömər Rəcəbli dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı medal uğrunda görüşdə Qazaxıstan təmsilçisi Abilayxan Zubanazarla qarşılaşıb. Rəqibinə qalib gələn Rəcəbli mundialı fəxri kürsüdə başa vurub.

Beləliklə, Azərbaycan millisinin turnirdə qazandığı medalların sayı üçə çatıb. Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.

Eyni çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev isə finalda Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə qarşılaşacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.







Offside