- Offside
- 22:00 07.10.2026
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı final görüşündə Gürcüstan təmsilçisi Tato Qriqalaşviliyə məğlub olub və mundialı ikinci pillədə başa vurub.
Bununla da Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayı 4-ə çatıb. Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, Bakıda təşkil olunan dünya çempionatı oktyabrın 11-də yekunlaşacaq.