- Offside
- 22:00 07.10.2026
“LANDAU Lions” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Bakı İdman Sarayında İsveçrənin “Lions de Geneve” komandası ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 105:83 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “LANDAU Lions”un yer aldığı qrupda Slovakiyanın “Prievidza”, Danimarkanın “Bakken Birs”, Türkiyənin “Dənizli Basket” və Portuqaliyanın “Benfika” komandaları da mübarizə aparır.