7 oktyabr 2026. Çərşənbə

“Gəncə” FIBA Avropa Kubokunda ilk oyununda məğlub olub


  • Offside
  • 22:00 07.10.2026
  • Oxunma sayı: 41
“Gəncə” FIBA Avropa Kubokunda ilk oyununda məğlub olub

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi C qrupunun görüşündə Türkiyənin “Esenler Erokspor” komandasının qonağı olub. İstanbulda keçirilən qarşılaşma meydan sahiblərinin 92:63 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Gəncə” qrup mərhələsində Rumıniyanın “Universitatya Krayova”, Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist” və Yunanıstanın “Kolossos” komandaları ilə də qarşılaşacaq.







Offside