9 oktyabr 2026. Cümə

Azərbaycan taekvondoçusu Parisdə Qran-Pridə qüvvəsini sınayacaq


  • Offside
  • 11:08 08.10.2026
  • Oxunma sayı: 25
Azərbaycan taekvondoçusu Parisdə Qran-Pridə qüvvəsini sınayacaq

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Taekvondo Qran-Prisində çıxış edəcək.

Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə yarışa yollanan idmançı 58 kq çəki dərəcəsində mübarizə aparacaq. Qaşim Maqomedov oktyabrın 9-da dayanqa çıxacaq.

Bu gün start götürəcək və oktyabrın 11-dək davam edəcək Qran-Pri turniri Olimpiya reytinqinə xal qazandırır.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yarışda Azərbaycanı təmsil edir.







Offside