9 oktyabr 2026. Cümə

Qəbələ-Xankəndi Ultramarafonunun ilk mərhələsi başa çatıb


  • Offside
  • 12:33 08.10.2026
  • Oxunma sayı: 34
Qəbələ-Xankəndi Ultramarafonunun ilk mərhələsi başa çatıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun ilk mərhələsi yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, iştirakçılar Qəbələ ilə Ağdaş arasında 52,5 kilometrlik məsafəni qət ediblər. Mərhələnin qalibi Gürcüstan təmsilçisi David Xarazişvili olub.

Litvalı Andrey Yeqorov finişə ikinci çatıb. Digər Gürcüstan atletı İrakli Canaşia isə üçüncü yeri tutub.

Bu il ultramarafonda 6 ölkədən 97 atlet mübarizə aparır.

Yarışın növbəti mərhələsi Ağdaş–Bərdə marşrutu üzrə 65 kilometr təşkil edəcək. Ardınca Bərdə–Ağdam (44 km) və Ağdam–Xankəndi (28 km) mərhələləri keçiriləcək.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. Həmin yarışda 4 ölkədən 64 atlet 380 kilometrlik məsafəni qət edib. Ötən il isə Qəbələ–Xankəndi marşrutu üzrə keçirilən ultramarafona 6 ölkədən 81 atlet qatılıb.







Offside