- Offside
- 23:09 08.10.2026
Oktyabrın 9-dan 10-dək Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumu keçiriləcək.
Milli Olimpiya Komitəsindən (MOK) 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycanı MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edəcəklər.
Seminar və forumda regional və beynəlxalq idman strukturlarının gücləndirilməsi, eləcə də qarşıdan gələn mühüm idman yarışlarına hazırlıq məsələləri müzakirə olunacaq. Tədbir çərçivəsində müxtəlif istiqamətlər üzrə plenar iclaslar və işçi sessiyaları keçiriləcək.
Forum zamanı 11-ci Qış “Pyotr Nurovski” mükafatı üzrə Avropanın ən yaxşı gənc idmançısının seçilməsi və mükafatlandırılması mərasimi də təşkil olunacaq.